FLAŞ


Nazir Azərbaycandakı homoseksuallardan danışdı


http://news.lent.az/upload/images/news/2017/june/02/big/66166371931b9accf468c8ef4bc7cde8.jpg

“Azərbaycanda qadınlar işləmək üçün daha çox tibb və təhsil sahələrini seçirlər”.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib.

O bildirib ki, tibb sahəsində çalışanların 86 faizi, təhsil sahəsində çalışanların 73 faizi qadındır: “Təhsil və səhiyyə əsasən, dövlət sektoruna aid olduğundan burada əmək haqqı özəl sektora nisbətən aşağıdır. Bunun nəticəsində də qadınların orta aylıq əmək haqqı azdır. Qanunvericilikdə konkret qadın və ya kişiyə görə əməkhaqqı məsələsi nəzərdə tutulmayıb. İşə götürmədə cinsi azlıqlar məsələsinə gəldikdə, Azərbaycanda işəgötürmədə cinsi azlıqlarla bağlı hər hansı məhdudiyyət yoxdur. İşə götürülərkən kiminsə oriyentasiyası soruşulmur. Əvvəllər yalnız analıq məsələsi ilə bağlı qadınların ağır iş yerlərində işləməsi məhdudiyyəti var idi. O da aradan götürülüb. Azərbaycanda işə götürülərkən heç kəsdən soruşulmur ki, sənin cinsin nədir. Hamıya bərabər hüquq təmin edilir”.