FLAŞ


Qazaxda 46 yaşlı kişi bıçaqlandı


https://news.lent.az/upload/images/news/2017/may/26/big/93ee7bb4bc5acb1948678c3c5ff77ccd.jpg

Qazaxda bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qazax rayon sakini, 1971-cı il təvəllüdlü Məmmədov Namiq Əli oğlu qarının kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan N.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.