FLAŞ


Prezident İlham Əliyev Cümhuriyyət abidəsini ziyarət etdi


https://news.lent.az/upload/images/news/2017/may/26/big/1f9cfe4383b4bf57de4135d94bdab6cd.jpg

Prezident İlham Əliyev Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib.

Bolge.info-nun AzərTac-a istinadən məlumatına görə, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.  Daha sonra dövlət himni səsləndirilib.