FLAŞ


Atası 5 yaşlı uşağı döyüb, çılpaq halda çölə atdı


http://bakipost.az/photo/650x350/2017-05/1494585422_1494584366-7437.jpeg

Bakı polisləri küçədən 5 yaşlı uşaq tapıblar.

BakiPost.az xəbər verir ki, bu barərə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. O, dünən axşam saatlarında sığınacağa verilən körpənin üzərində zorakılıq əlamətlərinin olduğunu bildirib: "Bu balaca balamızı polis əməkdaşları indi gətirib. Dediyinə görə adı Yağmurdur. İlkin baxış zamanı uşağa zorakılığa məruz qaldığı aşkarlandı . Uşaq onu bu hala atasının saldığını deyir.

Təxminən 5 yaşı var. Onu da qeyd edim ki, əynində gördüyünüz geyimləri polis əməkdaşları alıb. Tapılanda çılpaq imiş”.

Hazırda polislər körpənin valideynlərini axtarır.