FLAŞ


Ərə gedən Aygün Bayramova sevdiyi şəxsən danışdı


http://news.lent.az/upload/images/news/2017/may/12/big/eabbb61432a5daa9ac1f2b1fccd1c613.jpg

49 yaşlı xalq artisti Aygün Bayramova toy xəbərindən danışıb:

“Bilirəm ki, məni sevənlər də bu xəbərə sevinir. Ailə quracağım şəxs iş adamıdır. Amma musiqi ilə də bağlılığı var. Gözəl ud ifa etməyi bacarır. Bir-birimizi çoxdan tanıyırdıq, deməli, qismət deyilən bir şey varmış. Mən yaradıcı insanam, sevməsəm ailə qurmaram. Sevdim. Özümə layiq insandır. Ən əsası yaxşı adamdır. Toya media buraxılmayacaq, qapalı olacaq. Çünki mən şəxsi həyatımı gündəmə gətirən sənətçi deyiləm. Bu, mənim toyumdursa, özümə aiddir, bir də yaxınlarıma”.

Qeyd edək ki, bu A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. (Yenicag.az)