FLAŞ


Sovet hərbçiləri 2 milyon alman qadınını zorlayıb


http://olke.az/uploads/1494309836-6867.jpeg

1945-ci ilin 8 may tarixində Almaniya silahlı qüvvələrinin kapitulyasiyası barədə qərar qəbul edilir.

Bu, bütün cəbhələrdə hərbi əməliyyatlar dayandırılmalı və sovet xalqı üçün Böyük Vətən müharibəsinin başa çatması demək idi. 9 may tarixə qələbə günü kimi daxil oldu. İkinci dünya müharibəsinin başa çatmasından 72 il ötsə də, hələ də açılmamış sirrlər, gizlin faktlar qalmaqdadır.

“Ölkə.Az” bu gün oxuculara İkinci Dünya Müharibəsi barədə çox az bilinən faktları çatdıracaq.

1. İkinci dünya müharibəsində Yaponiya Çinə içinə taun birələri doldurulmuş bombalar atıb. Bu bomba nəticəsində epidemiya baş qaldırır və Çində 500 min insan həlak olur.

2. İkinci dünya müharibəsində İngiltərə kraliçası Yelizaveta sanitar avtomobilin sürücü-mexanik vəzifəsini tutub. Onun xidməti düz 5 ay davam edib.

3. Yapon əsgəri Xiro Onada müharibə başa çatdıqdan 27 il sonra təslim olub. Kəşfiyyat ordusunun kiçik leytenantı Lubanq adasında 1974-cü ilə qədər gizlənib. O, müharibənin başa çatmasına inanmır və düşmən barədə məlumat toplamağa davam edir. O, müharibənin başa çatması barədə xəbərləri dezinformasiya kimi qəbul edir. Yaponiya imperator ordusunun sabiq mayoru Yosimi Taniquti Filippinə gələrək ona hərbi əməliyyatları başa çatdırmaq barədə əmr verir.

4. İkinci dünya müharibəsində yaponlar tərəfindən qətlə yetirilmiş çinlilərin sayı Holokostda həlak olan yəhudilərin sayından çoxdur.

5. İkinci dünya müharibəsində Paris məscidi yəhudiləri ölümdən xilas edib. Məsciddə yəhudilərə saxta müsəlman sənədi verilib.

6.1923-cü ildə anadan olan sovet kişilərinin 80 %-i ikinci dünya müharibəsində həlak olub.

7. Uinston Çerçill ikinci dünya müharibəsindəki qələbədən sonra 1945-ci ildə keçirilən seçkilərdə məğlub olub.

8.1942-ci ildə Fürerin əmri ilə Liverpul şəhəri bombalanır. Bu zaman onun qardaşı oğlu İlyam Patrik Hitlerin də anadan olub bir müddət yaşadığı rayon məhv edilir. 1939-cu ildə Uilyam Patrik Böyük Britaniyanı tərk edir və ABŞ-a yollanır. 1944-cü ildə ABŞ hərbi dəniz qüvvələrinə xidmətə daxil olur. Əmisinə nifrəti səbəbindən familiyasını Stüart-Hyüston olaraq dəyişir.

9.Tsutomu Yamaquti Xirosima və Naqasaki atom bombalarından sağ qurtulan şəxsdir. O, 2010-cu ildə, 93 yaşında mədə xərçəngindən dünyasını dəyişib.

10. İkinci dünya müharibəsində Yaponiya qaçqın yəhudiləri qəbul edib və protestləri vecinə almayıb.

11. Holokostda ən azından 1.1 milyon yəhudi uşağı öldürülüb.

12. Holokost vaxtı o dövrdə yaşayan yəhudilərin üçdə biri qətlə yetirilib.

13. Çexoslovakiya prezidenti Emil Qaxa Hitlerlə Çexoslovakiyanın kapitulyasiyası məsələsini danışanda infarkt keçirib. Siyasətçinin vəziyyəti ağır olsa da, aktı imzalamaq məcburiyyətində qalıb.

14. 1941-ci ilin oktyabr ayında Rumıniya ordusu nasist Almaniyasının nəzarəti ilə Odessada 50 min yəhudini qətlə yetirib. Bu hadisə tarixdə “Odessa yəhudilərinin qətli” termini ilə həkk edilib.

15. Pörl-Harbora hücumdan sonra Kanada ABŞ-dan əvvəl Yaponiyaya müharibə elan edib.

16. İkinci dünya müharibəsi illərində “Oskar” mükafatı metal çatışmazlığına görə gipsdən hazırlanırdı.

17. Parisin işğalı vaxtı Adolf Hitler Eyfel qülləsinə çıxa bilmir. Çünki lift fransızlar tərəfindən qəsdən xarab edilmişdi. Fürer piyada qülləyə qalxmaqdan imtina edir.

18. İkinci dünya müharibəsində Yevgeniuş Lazovski adlı həkim həmkarları ilə birlikdə 8 min yəhudini Xolokostdan xilas edir. Onlar vəba epidemiyası olduğunu yalandan bəyan etdilər və beləcə alman ordusu şəhərə daxil olmadı.

19. Hitler Moskvanı ələ keçirmək, bütün şəhəri qətlə yetirmək və yerində süni su anbarı inşa etməyi planlaşdırırdı.

20. Rusların Stalinqrad döyüşü vaxtı öldürdükləri almanların sayı amerikalıların ikinci dünya müharibəsində öldürdüyü almanların sayından çoxdur.

21.Yerkökü görmə qabiliyyətinə yaxşı təsir etmir. Bu yalandır. Bu şayiəni almanlardan yeni texnologiyanı gizlətmək istəyən ingilislər yaymışdı. Yeni texnologiyaya əsasən britaniyalı bombardmançılar gecə vaxtı alman qırıcılarını görə bilirdilər.

22. İspaniya Birinci və İkinci dünya müharibələrində neytrallığını qoruyub saxladı. Amma 1936-1939-cu illərdə baş verən vətəndaş müharibəsində 500 min insan həlak olub.

23. Almanlar Polşaya hücum edəndə 720 polyak Viznanı müdafiə edib. Onlar 42 min əsgəri, 350 tankı və 650 topu olan 19-cu alman ordu korpusunun hücumuna qarşı mübarizə aparıb. Polyaklar 3 gün müdafiə olunublar. İkinci dünya müharibəsində Polşa əhalisinin 20 %-i həlak olub. Bu bütün ölkələr arasında ən böyük göstəricidir.

24. Braziliya İkinci Dünya Müharibəsinin hərbi əməliyyatlarında dolayı yolla iştirak edən yeganə müstəqil Latın Amerikası ölkəsidir.

25. Meksika ikinci dünya müharibəsi ərəfəsində, 1938-ci il Avstriyanın Almaniya tərəfindən işğalına qarşı çıxış edən yeganə ölkədir.

26. İkinci dünya müharibəsində 2 milyon alman qadını Qızıl Ordu əsgərləri tərəfindən zorlanıb. Onların yaşı 13-70 arası olub.

27. İkinci dünya müharibəsində ABŞ və Yeni Zelandiya gizlin surətdə 3.700 bombanı sınaqdan keçiriblər. Bu bombalar sunami dalğası yaradaraq sahilyanı şəhərləri məhv etmək üçün nəzərdə tutulmuşdu.