FLAŞ


Prezident Pirallahıda bir sıra obyektlerin açılışında iştirak edib


http://news.lent.az/upload/images/news/2017/may/11/big/973c9d6af7feef5cb9d52234725021b5.jpg

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər. Bolge.info-nun azərtac-a istinadən verdiyi məlumata görə, “Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlətimizin başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir. Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Bundan başqa bu gün Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Məlumat verildi ki, uzunluğu 8 kilometr olan dördzolaqlı yolun yenidənqurmadan sonra eni 18 metrə çatdırılıb. Yenidən qurulan bu yol qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi və avtomobili idarə etdi.