FLAŞ


Azərbaycanla dünyanın ilginc təzadı: “Təqaüdçülər pensiya yaşının artırılmasına sevinir”


http://bakipost.az/photo/650x350/2017-05/1493726513_pensions.jpg
"Pensiya yaşının artırılması yolu ilə müəyyən mənada təqaüd fonduna, büdcəyə qənaət olunması nəzərdə tutulur”.
 
Bu sözləri BakiPost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə imzaladığı sərəncamı şərh edərkən deyib.  
 
Onun sözlərinə görə, pensiya yaşının artırılmasının demoqrafik proseslə əlaqəsi yoxdur: "Əslində pensiya yaşının qaldırılması bütün dünyada əsasən demoqrafik problemlərə görə olur. Yəni hansı ölkələrdə ki, doğuş azdır, əhalinin qocalması prosesi gedir, o ölkələrdə pensiya yaşının artırılması yolu ilə işçi qüvvələrinin iş rejimində qalmasına dəstək olmağa çalışırlar. Azərbaycanda isə demoqrafik problem yoxdur. Əhalinin artım tempi yüksək səviyyədədir. İşsizliklə bağlı problemlər hələ də qalır. Yəni bu iş yerlərinin təqaüd yaşına çatmış insanların işə cəlb olunması ilə əlaqədar deyil. 
 
Pensiya çatan insanların yaşının artırılması yolu ilə müəyyən mənada təqaüd fonduna, büdcəyə qənaət olunması nəzərdə tutur. Məsələnin əsas kökündə bu dayanır. Ona görə də bu qanun layihəsinin imzalanmasından sonra müəyyən dərəcədə dolayısı ilə büdcənin özünə və Sosial Müdafiə Fondunun büdcəsinə az da olsa müəyyən mənada qənaət edilmiş olunacaq. Çünki Sosial Müdafiə Fondu büdcədən maliyyələşən qurumdur. Yəni məqsəd bundan ibarətdir ki, qənaət rejiminə keçilsin. Yaş artırılması yolu ilə təqaüdün verilişində müəyyən dərəcədə gecikmələr olsun. Bu iqtisadi əsasdır. Hər hansı sosioloji əsası yoxdur”. 
 
 
 
Natiq Cəfərli hesab edir ki, pensiya yaşının artırılması təqaüdçülərin çox da etirazına səbəb olmayıb: "Çox maraqlı tendensiya var. Dünyanın hansı ölkəsində hökumət tərəfindən təqaüd yaşını artırmağa cəhd edilsə, bu təqaüdçülərin etirazına səbəb olur. Azərbaycanda isə əskinə, təqaüdçülər buna etiraz etmirlər. Xüsusilə də dövlət, hökumət işində işləyənlər bir neçə il əlavə çalışma imkanına sevinirlər. Bu da ona dəlalət edir ki, Azərbaycanda təqaüd sistemi çox aşağı səviyyədədir. Ona görə də işləmək yolu ilə maaşları daha artımlı olduqda, işləyərkən daha çox pul qazanmağı nəzərə alaraq buna bir ciddi etiraz da olmadı”.