FLAŞ


Qatar "QAZ-31”i vurdu: 2 ölü, 1 yaralı


https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSxBjbHwQnTTgveJTl_5Ovmv2vsjbrVvd8GcBVz2kEokKcVR0MoHg

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qatar “QAZ-31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib. 

Ölənlərdən birinin Sabirabad rayonu Hacıbəbir kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu olduğu bildirilir. 

Qəzanın təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.