FLAŞ


"Təmayüllü təhsil adı ilə repetitorluğu ləğv etmək istəyirlər"

- EKSPERT


http://www.sherg.az/photos/sherg/2017-03-09-17-46-4535.jpg
"Dünyada təmayüllü təhsil mövcuddur. Təmayüllər üzrə təhsilin repetitor fəaliyyəti və həmin təhsilin pullu olması ilə heç bir əlaqəsi yoxdur".
 
Bunu Sherg.az-a "Təmayül siniflərində dərs prosesinə ilk olaraq repetitorlar cəlb ediləcək" iddiasını şərh edərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 
 
Onun sözlərinə görə, dünyada təmayüllər üzrə təhsil dövlət tərəfindən aparılır:
 
"Dövlət onun bütün təminatını ödəyir. Təmayüllü təhsilin o biri təhsildən fərqi nədir? Təmayüllü təhsildə sahə konkretləşdirilir. Şagirdin öyrənmək istədiyi sahə konkretləşdirilir və onun üzərində işlənilir. Bu prosesə repetitorları cəlb edib, bununla da repetitorluğun qarşısının almaq istəyirlər. Amma bu, optimal yol deyil. Nə qədər ki, təhsildə ciddi və sistemli islahatalar aparılmır, repetitorluq davam edəcək. Təmayüllər üzrə təhsil adı ilə repetitorluğu ləğv etmək istəyirlər. Bu isə düzgün addım deyil".
 
Qeyd edək ki, təmayül siniflərində dərs prosesinə ilk olaraq repetitorların cəlb ediləcəyi və bununla da təmayül siniflərində təhsil alacaq şagirdlərin bu təhsilin müqabilində ödəniş etməli olacaqları ehtimal olunur. Təmayül siniflərindən kənarda qalan adi siniflər üçün isə prosedur ödənişsiz olacaq.