FLAŞ


Zorla evləndirdiyi üçün atasını öldürən gənc MƏHKƏMƏ QARŞISINDA


http://news.lent.az/upload/images/news/2017/march/07/big/73481c793c9b952f7bf0c17742bdf559.jpg

Atasını anlaqsız vəziyyətdə öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını üçün onun anası Xatirə Qasımova hüquqi nümayəndə kimi tanınıb. Onun anket məlumatları dəqiqləşdirilib.

X.Qasımova bildirib ki, şirniyyat bişirməklə məşğuldur və Binə qəsəbəsində yaşayır. Hakim qadından qaynana və qaynatası ilə münasibətlərin necə olduğunu soruşub. Xatirə Qasımova bildirib ki, sonuncu dəfə mərhum ərinin yasında görüb. Ondan sonra mərhum ərinin valideynləri və qohumları ilə görüşməyib. Sədr məhkəməyə Xəzər rayon İcra Hakimiyyətin nümayəndəsi kimi gələn Rövşən Əhmədovun da anket məlumatları dəqiqləşdirib. Məhkəmə cinayət işini baxışa tətin edib. Məhkəmənin baxış iclası martın 14-ə təyin edilib.

Qeyd edək ki, qətl keçən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub. Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib. Bundan əsəbiləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.