FLAŞ


Gizli kamera quraşdırıb qadınlara baxırdılar

– Çovdarovun işi


http://cdn.axar.az/2016/11/14/akif-covdarov.jpg

Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan Arif Həsənovun epizodu üzrə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Səhrab Allahverdiyev bildirib ki, Arif Həsənovun şəriki olub. Təqsirləndirilən şəxslərdənsə təzyiq görməyib: “Məndən işlədiyim “Texmarin LTD” şirkətinin təsisçisi Arif Həsənov şikayət etmişdi. Guya İŞİD-in üzvüyəm. Özü və oğlu gəmilərdən yağ oğurlayıb yerinə su tökürdülər. Liftə kamera qoyub qadınlara baxırdılar. Hətta Arif Həsənovun oğlu qadınlardan birini zorlamışdı. Onun şikayətindən sonra mən MTN-ə çağırılmışdım. Lakin hər hansı təzyiqlə üzləşmədim”.

İttihama görə, ilk şikayəti Səhrab Allahverdiyev Arif Həsənovdan edib. Səhrab Allahverdiyev Hərbi Prokurorluğa müraciət edərək Arif Həsənovu maliyyə fırıldaqlarında günahlandırıb.

Səhrab Allahverdiyev MTN-in zərərçəkmişi olduğunu deyib. Onun sözlərinə görə, 2015-ci il yanvarın 16-da tanımadığı nömrədən zəng gəlib və özünü MTN əməkdaşı kimi təqdim edən Füzuli Əliyev onu nazirliyə çağırıb.

MTN-ə gələrkən Füzuli Əliyev ona deyib ki, Arif Həsənov ondan şikayətçidir. Səhrab Allahverdiyev MTN-də olarkən ona qarşı irəli sürülən ittihamları rədd edib. O, həmçinin keçmiş şəriki Arif Həsənovla üzləşdirilib. Üzləşmə zamanı tərəflər bir-birini günahlandırıblar.

Səhrab Allahverdiyev isə MTN-də ondan 1 milyon manat tələb edildiyini söyləyib: “Füzuli Əliyev telefon danışıqlarımızı dinlənməsindən danışdı, hədə-qorxu gəlməklə 1 milyon manat tələb etdi. Pulu verməkdən imtina etdim. Sonra Füzuli Əliyev Arif Həsənovdan 200 min manat məbləğində pul almasına əsaslanaraq məndən 500 min manat tələb etdi. Mən də tələb olunan pulu verdim”.

Şahid qeyd edib ki, Füzuli Əliyev şirkətin əmlakının bölüşdürülməsinin sənədləşdirilməsini təşkil edib: “Bunun üçün Natiq Alıyevin nəzarəti altında məni və Arif Həsənovu hüquq şirkətinin müdiri Natiq Abdullayevin yanına göndərdi. Orada Füzuli Əliyevin göstərişi ilə şirkətin əmlakının bölüşdürülməsinə dair müqavilə tərtib edildi. Bundan sonra Füzuli Əliyev və Natiq Alıyevin göstərişi ilə audit yoxlaması aparıldı”.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş “Texmarin LTD” şirkətinin rəhbəri Arif Həsənovun epizodu üzrə şahid qismində keçmiş MTN generalı, hazırda həbsdə olan Sübahir Qurbanov, Füzuli Əliyev və Natiq Aliyev ifadə veriblər.

Sübahir Qurbanov bildirib ki, “Texmarin LTD” şirkəti barədə məlumatı olmayıb: “Qeyd edilən şirkətlə bağlı əməliyyat tədbirlərin həyata keçirilməsi üçün olan əsaslar arayışda qeyd edilməlidir, lakin həmin arayışın mənə təqdim edilib-edilməməsini xatırlamıram".

Füzuli Əliyev və Natiq Aliyev də ifadələrində Anar Həsənovun dediklərini təkzkib ediblər. Bildiriblər ki, zərərçəkmiş Anar Həsənovdan pul almayıblar.

Proses martın 13-də davam edəcək.