FLAŞ


Hər bir abituriyentin "ŞƏXSİ KABİNET"i olmalıdır!


http://news.lent.az/upload/images/news/2017/february/22/big/9867a2dc7775af3d95de65c3c0fa3717.jpg

Dövlət İmtahan  Mərkəzi abituriyentlərə müraciət edib.

DİM-dən Lent.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, DİM-in elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında veriləcək) yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

Şəxsi kabinetin yaradılması və istifadəsi qaydaları ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://ekabinet.dim.gov.az/pLogin.aspx