FLAŞ


Bakıda zəncirvari qəza: 8 maşın bir-birinə dəydi

- VİDEO / FOTOLAR


http://news.lent.az/upload/images/news/2017/february/15/big/f71690d4337dd05a66501f47f2345de9.jpg

Bakıda yük maşını zəncirvari yol qəzası törədib.

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib.

Prospektdəki tunelin çıxışında İmişli rayon sakini Xəlilov Savalan Komsomol oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib.

Sürücünün APA-ya bildirdiyinə görə, onun avtomobili çınqılla yüklü olub. Ziya Bünyadov prospektində hərəkətdə olarkən VAZ-2104 markalı avtomobil manevrlər etməklə onu çaşdırıb və nəticədə qəza baş verib. Savalan Xəlilov deyib ki, o, avtomobili aşağı sürətlə idarə edirmiş.

VAZ-2104 markalı avtomobilin sürücüsü isə KamAZ-ın yüksək sürətlə hərəkətdə olduğunu, sürücünün yüklü avtomobili saxlamaqda çətinlik çəkdiyini iddia edir. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən birindəki hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Qəzanın səbəbləri dəqiqləşdirilir.