FLAŞ


9-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı


http://news.lent.az/upload/images/news/2017/february/03/big/f08da3d48e6a3727e2febabc278834cc.jpg

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Bolge.info-nun salamnews-a istinadən xəbərinə görə, bu gün səhər saat 8 radələrində, dərs başlamamışdan 9-cu sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.