FLAŞ


Bakıda dəhşətli hadisə: 80 yaşlı atasını ev qarışıq yandırdı


http://news.lent.az/upload/images/news/2017/february/01/big/61520cb90ae3c3b307c2e0bb9582db9b.jpg

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otağlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Evdə 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub.

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, 80 yaşlı İmdad Mehdi oğlu Mehdiyevi öz oğlu, 1986-cı il təvəllüdlü İlyas İmdad oğlu Mehdiyev ev qarışıq yandıraraq öldürüb.

İ. Mehdiyev polisə gedərək könüllü təslim olub. O, buna səbəb kimi atasının anası ilə yol getməməsini göstərib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır