FLAŞ


Bakıda qadın müəllim banka hücum edib şüşələri sındırdı


http://news.lent.az/upload/images/news/2017/january/31/big/9e14e0efe9547eef70e3dae62ae1ea44.jpg

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb. Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan 1971-ci il təvəllüdlü Flora Qarayevanı əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Bildirilir ki, F.Qarayevanın həmin banka kredit borcu olub.

F.Qarayeva daha sonra sərbəst buraxılıb.

Faktla bağlı 13-cü Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparılır.