FLAŞ


QMİ-nin şöbə müdiri vəfat edib


http://i.virtualaz.org/178929_res_01.jpg

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Müqəddəs Payızov vəfat edib.

QMİ-dən verilən məlumatda bildirilir ki, İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri, şərqşünas-alim, mütərcim Hacı Müqəddəs Payızov uzun sürən ağır xəstəlikdən sonra yanvarın 30-da 71 yaşında dünyasını dəyişib.

QMİ M.Payızovun ailəsinə və qohumlarına başsağlığı verib. (APA)