FLAŞ


İlham Əliyev 3 sərəncam imzaladı


http://cdn.axar.az/2016/11/10/ilham-serencam.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bolge.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Qritçenko Aleksandr Aleksandroviç

Səttarova Fatma Hüseyn qızı.

 

***

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə Kərim Kərimovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

***

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Rəşidova Vüsalə Nazim qızı

 

“Tərəqqi” medalı ilə

Cəfərov Müşfiq Cəfər oğlu

Əhmədov Yalçın Talverdi oğlu

Zeynalova Ülviyyə Tamerlan qızı.