FLAŞ


Məmurlara tualet kağızında hədə məktubu yazıb üstünə Azərbaycanın möhürünü vuranlar tutuldu


http://i.virtualaz.org/178592_res_01.jpg

İtaliyanın antiterror polisi “Digos”un Milan filialı iki ildir ki, dünyanın müxtəlif ölkələrində məşhur şəxslərə, siyasətçilərə, yüksək vəzifəli məmurlara hədə məktubları yazıb göndərən iki nəfəri yaxalayıb.

Virtualaz.org xəbər verir ki, həmin şəxslər İtaliyanın şimalında xeyli müddətdir davam edən əməliyyatın nəticəsi olaraq yaxalanıblar. Məlum olub ki, həmin məktubları göndərənlər 71 yaşlı keçmiş polis və onun 51 yaşlı partnyorudur.

“Ansa” agentliyi bildirir ki, hədə məktubları iki ildən çoxdur İtaliyanın poçt xidməti üzərindən göndərilirdi. Məktublar bir çox hallarda nəcisə, o cümlədən it və pişik nəcisinə bulaşdırılmış tualet kağızı üzərində yazılırdı. Antiterror polisinin əməkdaşı Karmin Mele deyib ki, həmin şəxslər xəbər bülletenlərini diqqətlə izləyirmiş və bütün aktual hadisələrlə bağlı kursda olublar. Onların evindən tapılan nootbukda məktub göndərilən və göndərilməsi planlaşdırılan minlərlə məşhur şəxsin siyahısı tapılıb. Məktubu göndərənlər onları “qatillər”, “korrupsionerlər”, “pedofillər” kimi kateqoriyaya bölüblər.

Polis müəyyən edib ki, bütün hallarda məktublar kursivlə, qara mürəkkəblə yazılıb. Və onların üzərində xarici ölkələrin, əsasən Azərbaycan, Butan və Zairin poçt ştampları vurulub. Bu izlərdən axtarışa başlayan polis şübhəli şəxslərin izinə düşüb və onlardan birini növbəti məktubu poçt qutusuna salarkən yaxalayıb.