FLAŞ


Məktəb direktoru "Yoxlama"dan sonra öldü

- VİDEO


http://azvision.az/photos/direktor%20oldu.jpg

ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin Bakıda çəkiliş etdiyi 171 saylı orta məktəbin direktoru Telman Qardaşov dünyasını dəyişib.

171 saylı orta məktəbin direktor müavini Nüşabə Eminova AzVision.az-a bildirib ki, direktorun ölümünə səbəb onun insult keçirməsidr.

“Direktor dünən məktəbə gəlmişdi. Vəziyyəti yaxşı idi. Sonra anidən halı pisləşdi, başı fırlandı. Təzyiqi 240-a qalxmışdı. Dərhal təcili tibbi yardım çağırıldı. Xəstəxanada məlum oldu ki, beyninə qan sızıb. Bu gün səhər saatlarında isə rəhmətə gedib”.

N.Eminova bildirib ki, direktor “Yoxlama” verilişindən çox əsəbiləşmişdi: “Birinci dəfə ATV bizi təmirsiz məktəb kimi çəkməyə gəlmişdi. Üstündən bir ay keçmədi ki, aparıcı Azər məktəbi təmirli məktəb kimi çəkməyə gəldi və direktor buna çox əsəbiləşdi. O da insan idi, stressə düşmüşdü. Nəticədə belə oldu”.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin “Yoxlama” verilişi sözügedən məktəbdə xəbardarlıq etmədən yoxlama aparıb və nöqsanlar aşkar etdiyini bildirib.