FLAŞ


İŞİD azərbaycanlı ailəni məhv etdi - Körpə uşaqlar öldürüldü


http://news.lent.az/upload/images/news/2017/january/26/big/457e278c8c722b5d1b741b06263a86f3.jpg

Suriyada İŞİD terror təşkilatı tərəfindən hücum zamanı azərbaycanlı qadın 2 uşağı ilə birlikdə öldürülüb.

APA-nın “middleeastpress.com”a istinadən verdiyi məlumata görə, öldürülən uşaqlar 7 yaşlı qız və 3 yaşlı oğlan olub.

Məlumata əsasən, qadınını əri Fikrət Əliyev Suriyada döyüşən qruplaşmalardan birinə qoşulmaq üçün 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə bu ölkəyə köçüb.

F. Əliyev qruplaşmaya qoşulduqdan 4 ay sonra öldürülüb.

Onların Suriyaya hansı ölkədən gəldikləri barədə məlumat verilmir.