FLAŞ


Nazir işdən çıxardığı “Beko Rəşad”a yeni vəzifə verdi


http://www.qafqazinfo.az/newsphotos/2015/11/04/758753_427650.jpg

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və “Beko Rəşad” kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik.

Bolge.info-nun Avtosfer.az-a istinadən məlumatına görə, bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.

Məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.