FLAŞ


Keçmiş rəis müavini özünü 8-ci mərtəbədən atdı


http://i.virtualaz.org/178119_res_01.jpg

Paytaxtda intihar olub.

Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

O, yerindəcə ölüb.

Saytın əldə etdiyi məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

İntiharın səbəbləri araşdırılır.