FLAŞ


Robot müəllimlər məktəblərdə dərs deməyə başladı


http://bakipost.az/photo/650x350/2017-01/1483521078_spebeexpm0ebc6raphfqpg.jpg

Avropadakı bəzi məktəblərdə robotlar müəllimlik etməyə başlayıb.

BakiPost.az xəbər verir ki, robotlarla bağlı bir layihə çərçivəsində ağıllı qurğuların keçdikləri dərslərlə bağlı araşdırmalar aparılıb. Məlum olub ki, robotlar təhsil və tədrisdə mükəmməl nəticələrə nail olurlar. Araşdırmaların nəticələri göstərir ki, şagirdlər robotun iradlarını müəllimlərin iradından daha çox ciddiyə alırlar. Lakin məktəblilər geniş izah tələb edən məsələlərdə öz müəllimlərinə üstünlük verirlər və robotların müəllimlərin yerini doldurması hələki tam olaraq mümkün deyil.

Layihə rəhbərləri robotların ən yaxşı halda müəllimin köməkçisi işləyə biləcəyini bildirir.