FLAŞ


Zərdabda 3 otaqlı ev yandı


http://news.lent.az/upload/images/news/2017/january/03/big/95b80eb06e885832bacc82623cf730fa.jpg

Zərdabda yanğın hadisəsi qeydə alınıb.

Bolge.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zərdab rayonu, Qoruqbağı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə və dam örtüyü 12 m2 sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.