FLAŞ


Təcili yardım avtomobili qəzaya düşüb yandı


http://news.lent.az/upload/images/news/2017/january/03/big/34a4a0cf93d94a6ea1321d7141c48bce.jpg

Kürdəmirdə təcili yardım maşını yük maşını ilə toqquşub.

Bolge.info-nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanıb. “KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.