FLAŞ


Tibbi sığortanın baza zərfinə daxil olan xidmətlər


http://news.lent.az/upload/images/news/2016/december/29/big/beed5cb2888138f17919affbc9cb4ae2.jpg

Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri açıqlanıb.

Lent.az-ın məlumatına görə, siyahı dövlət başçısının 2016-cı il 28 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihədə öz əksini tapıb.

Fərmana əsasən baza zərfinə daxil olan xidmətlərə ilkin səhiyyə xidməti, təcili tibbi yardım, ambulator xidmət, stasionar müayinə-müalicə, fizioterapiya, həyatı vacib-dəyəri yüksək olan əməliyyatlar daxildir.

Həmin xidmətlər və tarifləri ilə aşağıdakı linkə daxil olaraq tanış ola  bilərsiniz.

http://azertag.az/store/files/28.12.16/_Mingecevir_Yevlax_tibbi%20xidmetlerin_siyahisi_ve_tarifleri.pdf