FLAŞ


Metroda DƏHŞƏT: Nardaran sakini özünü qatarın altına atdı


https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSmz2Nd3QHhw5GeVC9boLDWW2Oym8xOSaHeEQECtQIE1keFIDpAZQ

Bu gün səhər 09:20 radələrində metroda intihara cəhd qeydə alınıb.

“Bakı  Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Lent.az-a bildirib ki, 1951-ci təvəllüdlü, Nardaran sakini olan Əhmədov Nəsir Əlihüseyn oğlu özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.

Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb.

N.Paşayev bildirib ki, hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır.