FLAŞ


Gəlini öpmək üçün bəy nərdivan gətirdi...


http://moderator.az/fotobaza/orta/106678.jpg
Ceymsin 28 yaşı var, boyu isə cəmi 109 sm-dir. Amma, bu ona özünə nişanlı tapmağa və ailə həyatı qurmağa mane ola bilmədi. 
 
Onun gəlini Xloya Robertsin 22 yaşı var, boyu da 170 sm-dir. 2014-cü ildəki ilk tanışlıqdan üç il sonra o Ceymsə ərə getməyə qərar verir. Bu günlərdə baş tutan toy mərasimində bəy özü ilə gətirdiyi dörd pilləli nərdivana çıxıb, qürurlu bir görkəm alaraq gəlinlə üzbəüz durur, onun barmağına üzüyü taxıb, öz bəylik andını ilk öpüşlə möhkəmləndirib.
 
Şimali Uelsin Bodelviddan qəsəbəsindəki Müqəddəs Marqarita kilsəsindəki təntənəli nikah mərasimindən sonra gənc cütlük bal ayı keçirmək üçün Karib adalarına uçub. 
 
Moderator.az xoşbəxt cütlüyün nikah mərasimindən çəkilmiş maraqlı  fotoları Sizə təqdim edir: