FLAŞ


Müəllim imtahan həyəcanından dünyasını dəyişdi


http://hurriyyet.org/uploads/posts/2016-11/medium/1479818505_15151245_1220080758038560_1424493762_n.jpg

Nəsir Nuriyev 65 yaşda imtahana çəkilməsindən daim gileyli olub

Noyabrın 18-də Nərimanov rayon 73 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Nəsir Hüseyn oğlu Nuriyev müəllimlərin sınaq qiymətləndirilməsi imtahanına gedərkən dünyasını dəyişib. 
Məlumatı Hurriyyet.org-a verən mənbənin bildirdiyinə görə, 65 yaşlı müəllimin ölümünün səbəbi imtahan həyəcanı olub. Məktəbin bəzi müəllimləri bildirirlər ki, həmkarlarının səhhətindən indiyədək ciddi şikayətini eşitməyiblər. Amma 65 yaşlı müəllim bu yaşda imtahana çəkilməsindən daim gileyli olub. 
İmtahana gəlməzdən öncə müəllim yoldaşına zəng edərək bildirib ki, özünü yaxşı hiss etmir, imtahanda iştirak edə bilməyəcək. Müəllim həmkarı isə imtahan sədrinə bu barədə məlumat verib. İmtahan sədri deyib ki, N.Nuriyev imtahana gəlməsin. Müəllim evə dönüb, az keçməyib ki, ürəyi dayanıb.
Qeyd edək ki, müəllimlərin bilik-bacarıqlarının diaqnostik qiymətləndirilməsilə bağlı indiyədək dünyasını dəyişən müəllim haqqında məlumat olmasa da, sınaq qiymətləndirməsində iştirak edən əksər müəllimlər imtahan sterssindən şikayətlidirlər.