FLAŞ


Yadplanetlilərlə birlikdə zaman səyahətinə çıxan türkdən ŞOK SÖZLƏR


http://img.milli.az/n/elnur/04/e/yad_planetli_00.jpg
Türkiyəli gənc Kuzey Atacan UFO-larla bağlı apardığı araşdırma və çəkdiyi qeyri-adi fotolarla dünyanın bir çox yerlərində məşhurlaşıb. O hazırda Dünyadan kənar varlıqlar- UFO-larla bağlı araşdırma mərkəzinin rəhbəridir. Özünün təsis etdiyi mərkəzdə yadplanetlilərin sirlərini öyrənməyi qarşısına məqsəd qoyub. Kuzey insanların bu mövzuya rişxəndlə yanaşmalarından  ciddi almamalarından çox narahatdır. O, bütün gücü ilə dünyadan kənar varlıqların mümkünlüyünə inanır və bu istiqamətdə xeyli tədqiqat işləri aparıb. 
 
Həyatında baş verən qəribə bir olay türk gəncini bu işə sövq edib. Belə ki, o günlərin birində çarpayısında yatdığı zaman bir neçə  qəribə varlığın başının üstündə durduğunu hiss edir. Gözlərini açandan sonra onların nə  olduğunu aydınlaşdıra bilməyib. 
 
Moderator.az həmin görüşün tarixçəsindən danışacaq:
 
2001-ci ildə  gecə  saat 3-də - yatdığım vaxt  çarpayımın baş tərəfində bir neçə qəribə varlığın olduğunu hiss etdim. 
 
Qəribə varlıqlara daha yaxından baxmaq üçün yatağımdan qalxanda onların iki insanabənzər varlıq olduğunu gördüm. Heç bir reaksiya vermədən mənə baxırdılar. O an necə oldu, nələr baş verdi-tam anlamadım.  Anlamadığım bir bağla onlarla telepatik əlaqə qurdum və aramızda bir neçə dəqiqəlik  sual-cavab yaşandı. Varlıqlara “siz kimsiniz” deyə soruşanda, "qorxma sənə zərər verməyəcəyik. Uzun zamandır səni izləyirik. İndi səninlə kiçik qısa müddətli bir səyahətə çıxacağıq", cavabını verdilər.  Sakit tövrlə onları izlədim. Az sonra yanımda  üçüncü varlığın olduğunu hiss etdim.
 
 Bu varlığın o birilərinin əksinə olaraq insanabənzər görünüşü vardı. Nə tamamilə onlardan idi, nə də tamamilə insan.  Həmin dəqiqələrdə qorxu-filan hiss etmirdim. Telepatik bir səs mənə, "mən gəminin kapitanıyam rahat ol və sənə toxunmama icazə ver", - dedi. Mən də çox sakit davrandım və nə olacağını gözlədim. Dörd barmaqlı insanabənzər sol əlində  prizma formalı yaşıl işıq saçan  aləti tutaraq, onu  iki uzun barmağı ilə alınma toxunurdu. O an huşunu itirdim və ya özümü narkoz qəbul etmiş kimi hiss etdim. 
ufo
 
Qısa müddətdən sonra ayıldım və  özümü  kosmik  maşının içində gördüm.
Bayaqkı iki  varlıq məni  müşayiət edərdi. Mənsə,  pəncərəyə bənzər bir yerdən aşağı baxmağa çalışırdım. Həmin vaxt onlarla nələr yaşadım,  nələr danışdıq- bunu  o qədər də xatırlamıram. Onları ən çox heyrətləndirən məsələ mənim onları tanımaq fikrim və qətiyyən qorxmamağım idi. Səhərə yaxın gördüklərim isə məni çox heyrətləndirdi: Kadıköyün bütün hündür binalarını, antenlərini yuxarıdan görürdüm”.