FLAŞ


Türk şərhçi Terimi tənqid etdi: “Baxın, Azərbaycanın nəfəsi kürəyimizdədi”

- VİDEO


http://apasport.az/upload/images/news/2016/october/10/big/ed0349fbf4577913e47402795e554384.jpg

Tanınmış türkiyəli şərhçi Ahmet Çakar Azərbaycan millisinin qələbələrinə biganə qalmayıb. Apasport.az saytı xəbər verir ki, Çakar DÇ-2018-in seçmə mərhələsinə uğursuz start götürən Türkiyə yığmasına məhz millimizi nümunə göstərib.

Dünən qrupda keçirdiyi 3-cü matçda İslandiyaya (0:2) məğlub olan “ay-ulduzlular”ın aktivində cəmi 2 xal var. Robert Prosineçkinin yetirmələri isə ilk 2 oyunda 6 xal toplayıblar.

Çakar “Beyaz TV”də yayımlanan “Beyaz Futbol” verilişində baş məşqçiləri Fatih Terimi tənqid atəşinə tutub.

O, Terimə məhz Azərbaycan millisinin uğurlu çıxışını örnək göstərib: “İslandiya Hava Limanını tərk edib, yavaş-yavaş Atlantik okeanından Avropaya qıvrılan təyyarənin içindəki Fatih Terimə səslənirəm. 5-6 il əvvəl deyirdik ki, qarşımıza Malta, Moldova, Lixtenşteyn, Azərbaycan kimi komandalar çıxmasa, biz bu işi bacarmarıq. Onlara yuxarıdan aşağı baxardıq. Qardaş Azərbaycanın hazırda 6 xalı var. Norveçi məğlub etdilər. Norveç də Ukrayna, İslandiya kimi bir komandadı. Kənd komandası deyil ki. 3-5 il əvvəl futbolunu kiçik gördüyümüz qardaş ölkə Azərbaycan hazırda “ənsəmizdədi”. Fatih Terimin nəvəsi Yaman babasını kənarda görmək istəyir. Amma mən Türkiyəni Cəbəllütariqlə eyni səbətdə görmək istəmirəm. Mən nəvəmin də bunu görməsini istəmirəm. Baxın, Azərbaycanın nəfəsi kürəyimizdədi”.