FLAŞ


DİQQƏT: Bakıda evdə saxlanılan vəhşi heyvan qaçıb


http://news.lent.az/upload/images/news/2016/october/06/big/a71634326c609dbc0a0da0f43b88a19c.jpg

Bakıda evdə saxlanılan yenot qaçıb. Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib. Sentyabrın 30-da evdən naməlum şəraitdə yoxa çıxan vəhşi heyvanı tapmaq mümkün olmayıb. Heyvanın sahibi onun yoxa çıxması ilə bağlı bildiriş kağızlarını divarlara yapışdırıb.

Bildiriş kağızlarında heyvan sahibinin əlaqə vasitələri qeyd edilib.