FLAŞ


Kərəm Həsənov Zərdabda vətəndaşları qəbul edib


http://www.qafqazinfo.az/newsphotos/2016/09/30/13.JPG

Sentyabrın 30-u Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov  Zərdabda vətəndaşları qəbul edib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, qəbulda Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.

Bir sıra müraciətlər komitə sədri tərəfindən verilən tapşırıq nəticəsində dərhal həll olunub. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb.