FLAŞ


Qazaxda 11-ci sinif şagirdi qətlə yetirilib


http://modern.az/uploads/news/2573b912-08b9-40e0-8d10-d6ed036565d9_2921474637967.jpg

Qazaxda 11-ci sinif şagirdi bıçaqlanaraq qətlə yetirilib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq prospektində qeydə alınıb. Rayonun Dəmirçilər kənd sakini, 11-ci sinif şagirdi Rafiq Bayramoğlu kənddən rayona repetitor yanına gedən zaman onun qarşısını 13-15 yaşlı yeniyetmə kəsərək pul tələb edib. 16 yaşlı oğlan pul vermədiyi üçün naməlum yeniyetmə onu bıçaqla vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.