FLAŞ


Tovuz avtovağzalında dəhşətli qətl: Ər arvadının başını kəsdi


http://news.lent.az/upload/images/news/2016/september/20/big/ed8bfc7cc2a754e8b676d4f2f6ccea96.jpg

Tovuzda dəhşətli qətl hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib.

24 yaşlı İbrahimova Aytəkin Ədalət qızı həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğlu tərəfindən boğazı kəsilərək öldürülüb. 

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Ailənin iki övladı olub.