FLAŞ


Prezident Sabirabadda respublika müşavirəsi keçirib


http://news.lent.az/upload/images/news/2016/september/17/big/99d1b39246ac7752ff27d8858ce20d6d.jpg

Sentyabrın 17-də Sabirabadda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Bolge.info-nun AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı müşavirədə giriş nitqi söyləyib.

Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “CTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış ediblər.

Prezident İlham Əliyev müşavirəyə yekun vurub.