FLAŞ


Zərdabda baxça binası istifadəyə verildi

- FOTOLAR


https://scontent-fra3-1.xx.fbcdn.net/v/t1.0-9/14264900_1114228535336852_3449177400462174963_n.jpg?oh=1e88404c30b06e8e657e148fb86eedba&oe=5844CD92

Yeni dərs ili ərəfəsində Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı çərçivəsində Zərdab şəhərində inşa edilən 50 yerlik müasir körpələr evi-uşaq bağçası istifadəyə verilib. 

Bolge.info xəbər verir ki, istifadəyə verilən körpələr evində nümunəvi şərait yaradılıb. Burada məşğələ və oyun, tibb, yataq, musiqi və gimnastika otaqları mövcuddur. Bağçanın mətbəx və camaşırxanası, digər xidməti otaqları göz oxşayır. Təlim müəssisəsinin dəhlizini Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara göstərdiyi qayğıdan bəhs edən guşələr bəzəyir. Metodiki və dərs vəsaitləri, zəruri avadanlıqlar, istilik və soyutma sistemləri ilə təchiz edilən körpələr evinin ətrafları da abadlaşdırılıb. Həyətdə asfalt örtüyü döşənib, yaşıllıqlar salınıb, işıqlandırma sistemi və uşaq əyləncə qurğuları quraşdırılıb. 

Yeni bağçanın istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə dövlətimizin, o cümlədən Heydər Əliyev Fondunun sosial-iqtisadi sahələrdə həyata keçirdikləri mühüm layihələrdən faktlarla söz açılıb. Bildirilib ki, məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən qayğının ən bariz nümunəsidir. 

Rəmzi qırmızı lent kəsildikdən sonra körpələr evinin müxtəlif otaqlarında yaradılan şəraitlə tanışlıq olub.