FLAŞ


Qazaxda avtomobil aşdı - Sürücü və sərnişini öldü


http://news.lent.az/upload/images/news/2016/september/10/big/0c133af97050e081c44ef95f7c3db513.jpg

Sentyabrın 10-da saat 01 radələrində Qazax rayonunun Canallı kəndində şəhər sakini Amil Əhmədov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb.

Bolge.info Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücü və sərnişini Xəyalə Abbasova hadisə yerində ölüb. Hadisə ilə bağlı Qazax RPŞ tərəfindən araşdırma aparılır.