FLAŞ


Sabirabad rayonuna 6,2 milyon manat ayrıldı


http://news.lent.az/upload/images/news/2016/august/25/big/bc40f8929ffd84282605d30491fcf532.jpg

Prezident İlham Əliyev Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad- Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.

Bolge.info-nun məlumatına görə, sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,2 milyon manat ayrılıb.