FLAŞ


“Qəbələ” və “Qarabağ”ın oyunlarına hansı kanalda baxaq?


http://www.qafqazinfo.az/newsphotos/2016/08/25/sek.jpg

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" bu gün cavab matçına çıxacaq.

Qafqazinfo” xəbər verir ki, hər iki klubumuzun oyunu televiziya vasitəsilə canlı yayımlanacaq.

İlk matçda səfərdə İsveçin "Göteborq" klubuna 0 - 1 hesabı ilə məğlub olan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda revanş matçına çıxacaq. Saat 20:30-da start götürəcək bu qarçılaşma futbolsevərlərə İdman Azərbaycan telekanalı vasitəsilə canlı olaraq təqdim olunacaq.

"Qəbələ" isə Sloveniyada "Maribor"un qonağı olacaq. Bakıda keçirilən görüşdə rəqibini 3 - 1 hesabı ilə məğlub edən "qırmızı-qaralar"ın cavab oyunu "CBC Sport" kanalından canlı yayımlanacaq. "Maribor" - "Qəbələ" matçı saat 22:15-də baş tutacaq.