FLAŞ


BAKIDA MÖCÜZƏ KİMİ OLAY: 9-cu mərtəbədən düşən uşaq sağ qaldı


http://news.lent.az/upload/images/news/2016/july/28/big/f27e4706d3cbc722e2df1226ece173d3.jpg

İyulun 27-də 7 yaşlı Həsən Amanullayev 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb.  Ağaclara ilişərək yerə düşən uşaq xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan 7 yaşlı Həsən Amanullayevin vəziyyəti çox ağırdır. Lent.az-ın məlumatına görə, hadisədən dərhal sonra Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən Həsənə kəllə-beyin travması diaqnozu qoyulub. Bundan başqa onun bud, çanaq və qabırğalarında çoxsaylı sınıqlar var. Həkimlər 7 yaşlı oğlanın halında pisləşmə qeydə almasa da, onun vəziyyətinin ağır olduğunu bildirir.uşağın həyatını həkimlər xilas edə biliblər.

İlkin məlumata görə, həyətdə oynayan Həsəni anası evə gətirib. Bundan əsəbiləşən uşaq özünü 9-cu mərtəbədən atıb. 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.