FLAŞ


"Whatsapp"a 2 yenilik gəldi


http://az.qaynarinfo.az/images/news/254566.jpg

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"a iki yenilik əlavə edilib.

Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yeniliklər "smile"lər və "video zoom"la bağlıdır.

Belə ki, proqramın yenilənmiş versiyasında artıq yazılan "smile"lər olduğundan iri görünür. Video çəkiliş zamanı isə "zoom" etmək üçün barmağınızı ekranda yuxarı, aşağı sürüşdürmək kifayət edir.

Qeyd edək ki, tezliklə "WhatsApp"a səsli zəngi inkişaf etdirmək üçün nəzərdə tutulan yeniliklər də əlavə ediləcək.