FLAŞ


TQDK-dan kolleclərə qəbul olanlara XƏBƏRDARLIQ


http://modern.az/uploads/news/KOLLEC1469605671.jpeg

Bu gün 10:00-a olan məlumata əsasən, kolleclərə qəbul olan 8922 abituriyentdən cəmi 50 faizi qeydiyyatdan keçib.

Bu barədə  Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Məlumata görə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar  29 iyul saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.