FLAŞ


Şirvandakı partlayış nəticəsində iki nəfər ölüb


http://news.lent.az/upload/images/news/2016/july/26/big/42885dde597d768ba0ca36c82b3dbbd2.jpg
Hadisə nəticəsində zavodun iki əməkdaşı həlak olub

Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində ”Araz” zavodunun iki  əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı  Nuriyeva dünyasını dəyişib.

Cəsədlər Şirvan Mərkəzi Xəstəxanasının morquna gətirilib. 

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.

Hadisə nəticəsində  24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.