FLAŞ


Babadağ ziyarətinə gedən Göyçay sakini dünyasını dəyişib


http://i.virtualaz.org/152406_res_01.JPG

İsmayıllı rayonunda Babadağ ziyarətinə gedən Göyçay sakini dünyasını dəyişib.

Göyçay rayon Qaraməryəm kənd sakini 40 yaşlı Adil Qədir oğlu Həsənov ailəsi ilə birlikdə rayonun yüksək dağlıq ərazidə yerləşən Babadağa ziyarətə gedib.

Qəflətən ziyarərdə özünü narahat hiss edən A.Həsənov yaxınları tərəfindən İsmayıllı Mərkəzi Rayon Xəsətxanasına (MRX) çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, A.Həsənov ürək tutmasından ölüb.

A.Həsəsnov yaşadığı Göyçayın Qaraməryəm qəbirstanlığında dəfn edilib.

Faktla bağlı araşdırma aparılır. (“Report”)