FLAŞ


Tovuzda DƏHŞƏT: Bacısının toyu üçün gətirdiyi soyuducunun altında öldü


http://femida.az/photos/meyit222.jpg
Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Çatax kəndində qeydə alınıb. Kənd sakini Habil Qafarov aşan soyuducunun altında qalaraq ölüb.

Məlumata görə, sabah H. Qafarovun bacısının toyu olacaqmış. H. Qafarov soyuducunu avtomobillə evlərinə gətirərək toy məclisində istifadə olunacaq ərzaqları yığmaq istəyirmiş.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma gedir.(Apa)