FLAŞ


Baş Prokurorluq Eldar Mahmudov barədə


http://i.virtualaz.org/151440_res_01.jpg

Baş Prokurorluq yanında keçmiş MTN rəhbərliyinin işlərini araşdıran xüsusi istintaq qrupu fəaliyyət göstərir.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün jurnalistlərə baş prokurorun müavini, Korrupsiya ilə Mübarizə Baş İdarəsinin başçısı Kamran Əliyev deyib.

Onun sözlərinə görə, istintaq qrupu sıx qrafik əsasında işləyir.

“Keçmiş MTN rəhbərliyinin bütün korrupsiya faktları və digər cinayətləri həmin qrup tərəfindən araşdırılır”, - Kamran Əliyev qeyd edib.

Xatırladaq ki, “MTN işi” üzrə bu qurumun iyirmiyə yaxın keçmiş yüksək rütbəli zabit və generalları məsuliyyətə cəlb olunub. Onların hamısı cinayətkar dəstənin yaradılmasında, quldurluqda, insanların oğurlanmasında və korrupsiyada ittiham edilirlər. Cinayətkar dəstəyə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov rəhbərlik edib.