FLAŞ


Prokurorluq orqanlarında YENİ TƏYİNATLAR


http://news.lent.az/upload/images/news/2016/july/09/big/8d11b8082dd7114f6c44f89c30801a60.jpg

Prokurorluq orqanlarında bir neçə yeni təyinat olub. Lent.az-ın məlumatına görə, Baş Prokurorluğun İstintaqa Nəzarət idarəsinin prokuroru Elvin Mirzəyev Ağsu rayonuna prokuror təyin edilib.

"Report"un verdiyi xəbərə görə isə, Nərimanov rayon Prokurorluğunun əməkdaşı  Nicat Şəmşirov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində prokuror vəzifəsinə təyin edilib.

Nicat Şəmşirov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun yaxın qohumudur.